Marching to Zion - Trailer in Azerbaijani
Video
April 17, 2015
4000 min il bundan əvvəl Tanrı Mesopotamiyada İbrahimə göründü və ona dedi: “Bu ölkəni, ata evini, uşaqlarını tərk et və sənə göstərəcəyim torpaqlara get. Mən səndən qüdrətli bir xalq yaradacam.” İbrahim Tanrıya itaet etdi və öz oğlu İshaq və nəvəsi, sonradan adı İsrail olaraq dəyişdirilmiş Yaqubla birgə yaşayacağı vəd olunmuş torpaqlara gəldilər.
İsrail Kanaandakı aclıq ucbatından öz 12 oğlu ilə birgə Misirə köçdü və onlar orada qüdrətli xalqa çevrildilər. Misirlilər güclü İsrail xalqının onların arasında yaşamasından qorxurdular və beləliklə onları qula çevirib ağır təhkimçi həyatına məruz qoydular. 430 il sonra onlar Musa sayəsində bu təhkimçilikdən xilas ola bildilər və Qırmızı dənizi keçib Ərəbistana gəldilər. Orada – Sina dağında onlara Tanrının qanunu nazil oldu.
Misiri Musa ilə tərk etmiş İsrail oğullarına vəd olunmuş torpaqlara daxil olmağa icazə verilmədi. Çünki onlar Tanrıya inanmırdılar. Onlar 40 ilə yaxın, yəni, Tanrıya iman gətirən nəsil formalaşana və Yeşua ilə vəd olunmuş torpaqlara daxil olana qədər səhralara, biyabanlıqlara didərgin düşdülər.
400 ilə yaxın 12 İsrail qəbiləsi Musanın qanunlarına əsasən hakimlər tərəfindən idarə olundular. Onlar digər xalqlar kimi hökmdara sahib olmaq istədikdə, Tanrı Şaulu hökmdar seçdi. Şaul ölkəni 40 il idarə etdi. Sonra Davud onun ardınca Davudun oğlu Süleyman 40 il hökmdarlıq etdilər. Süleymanın hökmdarlığı zamanında İsrail dövləti özünün ən şanlı dövrünü keçirdi və ilk məbəd tikildi. Lakin Süleyman yaşlandıqdan sonra Tanrıya imanı azaldığından Tanrı ona 10 qəbilənin onun oğlu tərəfindən idarə olunmayacağını dedi.
Süleymanın ölümündən sonra İsrail dövləti parçalandı və şimalda olan 10 qəbilə Davud və Süleymanın nəslindən olmayan, müxtəlif zalım hökmdarlar tərəfindən idarə olundu. Bu Şimal dövləti İsrail adını qoruyub saxladı və Samariyanı özünə paytaxt elan etdi. Daha kiçik olan Cənub dövləti isə Yəhuda kimi tanınmağa başladı və Yerusəlimi öz paytaxtı elan etdi. Bu dövlət Davudun nəslindən olan hökmdarlar tərəfindən idarə olunurdu. 2-ci Hökdarlar kitabının 16-cı fəslindən etibarən Şimal dövlətinin xalqı hökmdar Yəhudanın şərəfinə yəhudilər adlanmağa başladı.
Şimali İsrail dövlətinin zalımlığı ucbatından hökmdarları taxtdan endirildilər və assuriyalılar tərəfindən işğal olundular. İsrail oğulları onların torpaqlarını işğal edən bütpərəst xalqlarla qarışdılar və Samariyalılar kimi adlanmağa başladılar. Beləliklə Şimaldakı 10 İsrail qəbiləsi bir daha dövlət ola bilmədilər.
Cənubi Yəhuda dövləti isə başqa tanrılara itaət etdiklərinin cəzası olaraq babilistanlılar tərəfindən işğal olundular. Məbəd dağıdıldı. Lakin 70 ildən sonra yəhudilər Yəhudaya geri döndülər və Yerusəlimdə məbədi bərpa etdilər. Beləliklə, onlar yenidən Davudun nəslindən gələn hökmdarlar tərəfindən idarə olunmağa başladılar.
İsa Məsihin zamanında Yəhudeya kimi tanınan Yəhuda dövləti Roma imperiyasının idarəçiliyi altında idi. İsa Məsih və onun şagirdləri evi İsrail olan itmiş qoyunların ardınca Yəhudeya diyarında Əhli-Cədidi yaymağa başladı. Üç il yarım Tanrıya xidmət etdikdən sonra sonra yəhudilər İsadan öz Məsihləri kimi imtina etdilər və Roma imperiyasının hökmdarını onu çarmıxa çəkdirməyə inandırdılar. 3 gün sonra İsa dirildi və Müqəddəs Atanın yanına göylərə qalxmazdan əvvəl öz şagirdlərinin gözünə göründü.
İsa çarmıxa çəkilməzdan əvvəl O, xəbər verdiki, yəhudilər ondan imtina etdiklərinə görə cəzalandırılacaqlar, Yerusəlim yandırılacaq, Məbəd dağılacaq və yəhudilər didərgin düşüb digər xalqlara qarışacaqlar. E.ə. 70-ci ildə bu xəbər gələcək Roma imperatoru Titusun Yerusəlimi fəthi zamanı özünü doğrultdu. 1800 ildən çox müddət ərzində yəhudilər digər dövlətlərə səpələndilər.
1948-ci ildə isə möcüzə baş verdi. İsrail dövləti yaradıldı və yəhudilər bir daha vəd olunmuş torpaqlara geri qayıtdılar. Bir çox xristianlar bunu möcuzə və Tanrının xeyir-duası kimi başa düşdülər. Lakin bu doğurdanmı Tanrının xeyir-duası yoxsa qara qüvvələrin işi idi? Filmdə bunun cavabı var.
|